Rafael Ağayev dünya çempionatının bürünc medalını qazandı

İDMAN 10 noy 2018, 15:16

İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında Rafael Ağayev bürünc medal qazanıb. 


Demokrat.Az xəbər verir ki, karatenin "brilliant"ı bürünc mükafat uğrunda döyüşdə özbəkistanlı bürünc medal uğrunda görüşdə özbək Dastanbəy Atabalayevlə üz-üzə gəlib. Gərgin keçən görüşdə beşqat dünya çempionumuz rəqibi üzərində 2-1 hesablı qələbə əldə edib. R.Ağayev bununla da, millinin heyətində hazırkı dünya çempionatında ilk mükafatı qazanıb. 

 

Qeyd edək ki, "brilliant oğlan" bunadək 5 dəfə dünya çempionatının qızıl, 2 dəfə gümüş medalına layiq görülüb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top