“İçerde” serialının ulduzu anasına baxmaq üçün küçədə smit satır — FOTOLAR

MARAQLI 09 noy 2018, 20:30

“İçerde” serialında Şevko obrazını canlandıran aktyor Sedat Payas anasına baxmaq üçün küçədə smit satır.


Demokrat.Az xəbər verir ki, serial çəkilişləri bitdikdən sonra iş tapa bilməyən Sedat küçədə smit və sendviç satmağa başlayıb.


Seriala çəkilən bir çox aktyor yeni layihələrə dəvət edilsələr də, iş tapa bilməyənlər də olub. 


“İçerde” serialından sonra iş tapa bilmədiyini, anasına baxmaq üçün isə smit və sendviç satdığını deyən Payas yeni işindən şikayət etmədiyini qeyd edib.


Qeyd edək ki, Sedat Payas “İçerde”, “Vücut”, “Kolpaçino:Bomba”, “Kalbim seni seçti”, “Çakıl taşlar” və “Kurtlar vadisi” kimi serial və filmlərdə rol alıb.(Olke.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top