Elmar Vəliyevin borclarını qardaşları bağlayır — Sabiq başçı ilə bağlı Gəncə Prokurorluğuna KÜTLƏVİ ŞİKAYƏTLƏR

HADİSƏ 09 noy 2018, 19:19

Bir neçə ay əvvəl  sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən şəhərin yeni rəhbəri Niyazi Bayramova edilən şikayətlər Gəncə Şəhər prokurorluğuna yönəldilir.

Bu barədə Gununsesi.org-a Gəncədəki mənbələr məlumat verib.

Məlumatda bildirilir ki,  şikayətçilər əsasən sahibkarlar və şəhərin müxtəlif yerlərində torpaq sahəsi almaq istəyənlərdi.

Bundan başqa şəhərin abadlaşdırılması adı ilə inşaat mağazalarından nisyə alınmış materialların pullarını  ala bilməyən sahibkarlar da şikayətçilər arasındadır.

Gununsesi.org-un araşdırması zamanı o da bəlli olub ki, artıq bu məsələlər ali rəhbərliyin diqqətini çəkdiyindən sabiq icra başçısının yaxınlarına vətəndaşları razı salmaq göstərişi verilib.

Məlumata görə, Elmar Vəliyevin qardaşları artıq onun borclarından bir qismini bağlamağa məcbur olub.

Daha ətraflı geniş araşdırmamızı gözləyin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top