"Mən başı boş evə gedirəm, baxıram ki,..." - Zaur Kamal ƏSƏBİLƏŞDİ

ŞOU-BİZNES 09 noy 2018, 15:28

Zaur Kamaldan xəbərsiz İnstaqram hesabından şəkil paylaşılıb.


Demokrat.Az xəbər verir ki, bunu verilişin musiqi rəhbəri Aqşin Tariyeloğlu edib.


Bu barədə aparıcı özü efirdə məlumat verib:


"Mən buna etibar edirdim. Deməli telefonumu burada masanın üzərinə qoymuşam. 3 gün bundan qabaq olub. İki dəqiqənin içində telefonu götürüb, heyəti ilə şəkil çəkdirib, İnstaqram hesabımdan paylaşıb. Vaxt tapıb, altından qeyd də yazıb. Mən başı boş evə gedirəm, baxıram ki, bu mənim səhifəmdir? Əsəbimdən az qaldım...".


Aqşin Zaurun bu açıqlamasına "Görürəm səndən haray yoxdur, özüm etdim" sözləri ilə cavab verib.(milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top