"Qarabağ" ilk qələbəsini qazandı

İDMAN 09 noy 2018, 02:01

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.


Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: 
Araz Abdullayev, 13-pen
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00" Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Jeremi Matyö,  87 ("Sportinq")

 

Qol.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top