“Qarabağ” – “Vorskla” oyunu zamanı bayraq aksiyası təşkil ediləcək

MARAQLI 08 noy 2018, 23:57

“Qarabağ” klubu 9 noyabr – Dövlət Bayrağı günü ilə əlaqədar bu gün Poltavada Ukrayna “Vorskla”sı ilə Avropa Liqasının IV tur oyunu zamanı aksiya təşkil edəcək.

Klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunacaq.

Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 24:00-da təşkil olunacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top