İlham İsmayılov Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinə seçildi

HADİSƏ 08 noy 2018, 18:25

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi və  iştirakı ilə Nederland Krallığında silsilə tədbirlər keçirilib.

 

Demokrat.Az xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropaya səfər çərçivəsində Haaqa şəhərində Hollandiya və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yeni yaradılmış Koordinasiya Şurasının müsbət dəyərlədirərək, yeni yaranmış quruma işlərində müvəffəqiyyətlər arzulayıb:

 

Yığıncaqda “EuroAzNL” təşkilatının rəhbəri Emil Əliyev və “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva (Gündoğdu) Koordinasiya Şurasının əlaqələndirici şəxsləri seçiliblər.

 

Silsilə tədbirlər çərçivəsində Amsterdam şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və BAK-in təşkilatçılıöı ilə Beniluks Azərbaycanlılar Konqresinin (BAK) IV Qurultayı  keçirilib. 

 

Beniluks Azərbaycanlılar Konqresinin (BAK) IV Qurultayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İskəndərov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və AAK idarə heyətinin üzvüləri BAK üzv olan təşkilatlarla yanaşı digə təşkilatlar da iştirak ediblər.

 

Qurultayda iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İskəndərov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov çıxışlarında BAK-in onəmli fəaliyyətini vurğulayıblar. 

 

Xatırladaq ki, BAK 2006-cı ildə təsis olunub və Avropanın 3 önəmli ölkələri olan Belcika, Niderland və Lüksemburqdan olan Azərbaycan təskilatlarını ətrafinda birləşdirir.  

Sözügedən qurum son dövrlərdə lobbiçilik istiqamətində mühim tədbirlər həyata keçirib.

 

Qurultayda 12 il ərzində Beniluks Azərbaycanlılar Konqresinin fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. 

 

Daha sonra Elsevər Məmmədov Beniluks Azərbaycanlılar Konqresinin yeni sədri vəzifəsinə seçilib.


Silsilə tədbirlər çərçivəsində  Amsterdamda Avropa Azərbaycan Konqresının növbəti toplantısı təşkil olunub. 

 

Toplantıda AAK idarə heyətinin prezidenti Sahil Qasımov, vitse-prezidentlər Rövşən Tağıyev, Yaşar Niftəliyev,  Nadir Hollenbrand, Səfər Sadiqi, AAK baş katibi Arzu Oqtay,  AAK idarə heyətinin üzvü, BAK prezidenti Elsevər Məmmədov, Niderland Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Leyla Babayeva və Nərminə Mərdanova iştirak ediblər.

 

AAK prezidenti  Sahil Qasımov toplantını açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

 

Toplantıda gündəlikdə duran məsələlərin müzakirəsindən sonra AAK-ın yeni internet səhifəsinin təqdimatı olub. 

 

Tədbir zamanı 2 təşkilatın AAK-a üzv olması barədə müraciətlərinə baxılıb. 

 

İdarə Heyətinin qərarına əsasən, bu diaspor təşkilatları - DUFOA ( Dutch Friends of Azerbaijan) və "AzNed" təşkilatı Konqres sıralarına qəbul edilib.
 

Sözügedən təşkilatın rəhbərləri - Leyla Babayeva və Nərminə Mərdanova rəhbərlik etdikləri qurumlar barədə qısa məlumat veriblər. 

 

Daha sonra Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov AAK İdarə Heyətinin qərarı ilə Konqresin İdarə Heyətinə üzv seçilib. 

Qeyd edək ki, İlham İsmayılov buna qədər AAK Mərkəzi Şurasının üzvü idi.

 

Demokrat.Az

 


 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top