"Yazıq qadının fotosunu paylaşıb məsxərəyə qoyurdular..." - Aybəniz Haşımova Amaliya Pənahova haqda

ŞOU-BİZNES 08 noy 2018, 14:10

“Kaş ki, bu xəbər yalan olaydı.”


Bu gün səhəri xalq artisti Amaliya Pənahovanın ölüm xəbəri ilə açdıq. A.Pənahovanın qəfil ölüm xəbəri hamını təəccübünə səbəb olub. Heç sənət dostları da ona nə olduğunu bilmir. 


Demokrat.Az "moderator.az"-istinadən bildirir ki, əməkdar artist Aybəniz Haşımova göz yaşlarına hakim ola bilməyib: “Çox acı xəbərdir. Qəfildən niyə dünyasını dəyişdi, bilmirəm. Çox pis olmuşam. İndi sizinlə ağlaya-ağlaya danışıram. Amaliya xanım kimi sənətçilərimiz Azərbaycan incəsənətinin onurğa sütunlarıdır. Onlara bir şey olanda, elə bilirəm ki, Azərbaycanın ürəyinə xəncər sancılır. Çox vəfasız dünyadır. Allah rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı. Bir dəfə mənim də yalandan ölüm xəbərim yayılmışdı. Hava limanında bir xanım məni qucaqlayıb ağladı ki, “Siz salamatsınız?”. 
 

A.Haşımova Amaliya xanıma qarşı sosial şəbəkələrdə və saytlarda da təzyiqlərin olduğunu vurğulayıb:

“Yazıq xanımı bütün günü qınayırdılar. Sosial şəbəkələrdə, saytlarda yazıq qadının fotosunu paylaşıb məsxərəyə qoydular. Adama deyərlər sizin Amaliya xanımla nə işiniz var idi? O, da bütün bunları ürəyinə saldı”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top