Amaliya Pənahova vəfat etdi - Ölüm səbəbi bilindi - YENİLƏNİB

HADİSƏ 08 noy 2018, 11:35

 Demokrat.Az xəbər verir ki, teleqraf.com Amaliya Pənahovanın ölüm xəbərini sosial şəbəkədə yayan əməkdar artist Hüsniyyə Mürvətova ilə əlaqə saxlayıb.

O, ağlayaraq xalq artistinin ölüm səbəbini açıqlayıb: "Amaliya xanım xəstə idi, bunu çox adam bilmirdi. Hansı xəstəlikdən dünyasını dəyişdiyini mən deyə bilməyəcəm. Bunu ancaq yaxınlarından öyrənin. Biz çox böyük sənətkarı itirdik".

 

***

Xalq artisti Amaliya Pənahova vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə aktrisa Hüsniyyə Mürvətova məlumat yayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da rəsmi səhifəsində xalq artistinin ölüm xəbərini təsdiqləyib.

 

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top