“Ebola” 300 nəfərə “bulaşdı”

DÜNYA 07 noy 2018, 22:44

Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən “Ebola” virusuna yoluxanların sayı 300 nəfərə çatıb.

Demokrat.Az-ın məlumatına görə, həmin şəxslərdən 186 nəfəri vəfat edib.

Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top