"Ey xalq! Soruşun ki, dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyirlər?" - Rəşid Behbudovun qızı deputatın fikirlərinə ETİRAZ ETDİ

GÜNDƏM 06 noy 2018, 19:27

"Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Düşüncələrinizi və əllərinizi bu mövzudan çəkin. Himn qalacaq və heç kim cəsarət edə bilməz ki, onun üzərində öz qeyri-peşəkar korrektələrini etsin. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orada heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, xəyanət edir? Sual verirəm, niyə?”.


Demokrat.Az xəbər verir ki, bu sözləri Azərbaycanın ölməz sənətçisi Rəşid Behbudovun qızı Rəşidə Rəşid sosial şəbəkədə yazıb. 


O, parlamentdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə kəskin etiraz edib.


Xatırladaq ki, millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.(Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top