Azərbaycanlı idmançı 3 rəqibini nokaut etdi — FOTOLAR

İDMAN 06 noy 2018, 16:13

Azərbaycanlı idmançı Ramil Əhmədov 30 oktyabr-4 noyabrda İtaliyanın Marina de Karrara şəhərində keçirilən “Birləşmiş Dünya Çempionatı” (“Unified World Championships”) yarışında qalib olub.


Demokrat.Az xəbər verir ki, hazırda Ukraynanı təmsil edən R.Əhmədov ilk döyüşdə italiyalı, ikinci döyüşdə çexiyalı, üçüncüdə isə İsveçrə idmançısı ilə mübarizə aparıb. 


23 yaşlı idmançı hər 3 döyüşdə rəqiblərini nokaut edərək, birincilik əldə edib.


Qeyd edək ki, Ramil Əhmədov 81 kiloqram çəki dərəcəsində 2011-ci ildə Bakıda keçirilən boks üzrə “Heydər Əliyev” kubokunun qalibi, 2012-ci ildə gənclər arasında Ukrayna çempionu, 2015-2016-cı illər böyüklər arasında Ukrayna çempionatının finalçısıdır. O, 2016-cı il Rumıniyanın paytaxtı Buxarest şəhərində kikboksinq üzrə Avropa çempionu, İtaliyada keçirilən 2017-ci il və 2018-ci il kikboksinq üzrə dünya çempionatının qalibi olub. Pridneprovsk Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr təhsilini bitirən idmançı hazırda həmin akademiyada magistratura təhsili alır.(axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top