Roma papası Azərbaycanı nümunə göstərdi: “Orada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim”

DÜNYA 05 noy 2018, 23:57
Roma papası Fransisk bu gün Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.
 
Pontifik kədərlə müasir dünyada antisemitizmin mövcudluğunu qeyd edib. Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək: “Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.
 
Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb: “Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.(Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top