Ermənistan prezidenti təyyarəsindən məhrum oldu

DÜNYA 04 noy 2018, 18:03
Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası “Airbus” təyyarəsindən məhrum olub, dövlət başçısının büdcə xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.  
 
Bu barədə Ermənistan prezidenti administrasiyasının yeni rəhbəri Emil Tarasyan bildirib. Onun sözlərinə əsasən, prezidentin 2019-cu il üçün xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək ki, bu da 2018-ci il büdcəsinin 61.5 faizidir.
 
Qeyd edilir ki, ixtisarların əsas hissəsi əmək haqlarına aiddir - 532 milyon dram. 2019-cu ildə isə növbəti ixtisarlar gözlənilir. Belə ki, qanunla hazırki 180 iş yeri əvəzinə 150-si nəzərdə tutulub.
 
Ermənistan parlamentinin Dövlət məsələləri və insan haqlarının müdafiəsi daimi Komitəsinin sədri Gevork Kostanyan isə bildirib ki, bu cür ixtisarlar təbiidir, çünki prezidentin səlahiyyətlərində əsaslı dəyişikliklər baş verib.
 
Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin aprelindən vəzifəsinin icrasına başlayıb. Həmin zamandan da Ermənistan parlament idarəetmə modelinə keçib. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top