"İnanıram ki, Tahir bəy özündə güc tapıb xalqından üzr istəyəcək..." - Keçmiş həmkarı

GÜNDƏM 04 noy 2018, 10:52
Demokrat.Az xəbər verir ki, tanınmış politoloq, vaxtilə dövlət himni qəbul olunan zaman Ali Sovetin deputatı olmuş Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında himnimizlə bağlı bir neçə gün öncə işlətdiyi ehtiyatsız ifadəyə görə cəmiyyətin təpkisini qazanmış Tahir Kərimliyə qızıldan qiymətli məsləhətlər verib:
 
"Düzü, mən T.Kərimlidən belə bir provakasion təklif gözləmirdim. Birincisi, istiqlalçı deputatın özünün də səs verdiyi bir himnin mərsiyə ilə eyniləşdirməsi siyasi səhvdir. Mərsiyə ölmüşlərə və ya həmin statusda olanlara yazılır. Şükürlər olsun ki, Azərbaycan belə bir durumda deyil. İkincisi, milli atributlar çoxluq tərəfindən qəbul olunduğu üçün və millətin qürur yeri sayıldığına görə onlar toxunulmazdır. ABŞ-ın atributları 200 ildən çox bir müddət ərzində demək olar ki, dəyişilməz qalıb. Üçüncüsü, Üzeyir Bəy dünya miqyaslı bir dahidir. Musiqidən uzaq olan birinin Onu təftiş etməsi yolverilməzdir. Dördüncüsü, həmin himnin qəbul olunması zamanı niyə etirazlarını gündəmə gətirməmişdir. İndi məsələnin qoyuluşu siyasi cəhətdən səhvdir. Bizə deməzlər ki, bir himni qəbul edə bilməyən bir xalq necə müstəqil ola bilər? Beçincisi, T.Kərimli öz seçicilərini də fikirləşməli idi. Axı onların günahı nədir ki, bəzi "agzıgöyçəklər" fikrin müəllifini deyil, onun seçicilərini günahlandırırlar. Hər kəs səhv edə bilər. Ancaq anlaşılmayan odur ki, Tahir bəy mövqeyini müdafiə etməklə, bu fikirlərində qəti olduğunu təqdim edir. Təəssüf edirəm ki, milləti üçün vaxtilə can qoyan T.Kərimli yanlış yoldan dönmək istəmir. Milləti ilə ancaq "Don Kixotlar" vuruşar. İnanıram ki, Tahir bəy özündə güc tapıb xalqından üzr istəyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top