“Gənclik Mall”da mağazadan 40 min manat oğurlandı

HADİSƏ 03 noy 2018, 20:15

Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.

Demokrat.Az-ın “Report”a istinadən xəbərinə görə, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top