Cinsi azlıqlar İrəvana yığışır – Ermənilərdən gizli qərar

DÜNYA 03 noy 2018, 17:53
Xristian ölkələrindən olan homoseksualların (LGBT) növbəti forumu Ermənistanda keçirilməyəcək.
 
Bu barədə Ermənistanda LGBT icmasının haqlarını müdafiə edən “Yeni Nəsil” adlı QHT-nin rəhbəri Sergey Qabriyelyan məlumat verib.
 
O, 15-18 noyabr tarixlərində Ermənistanda planlaşdırılan LGBT Xristian Forumunun başqa bir ölkədə keçiriləcəyini deyib:
 
“Forum keçiriləcək, amma qapalı formada baş tutacaq. Müzakirələr mediaya açıq olmayacaq, hansısa formada videogörüntülərin yayılması da qadağan ediləcək.
 
Homoseksualların paradında da ictimai etirazların kəskin olduğunu nəzərə alaraq, bayraqların qaldırılması da qadağan olunacaq. Sevgi və qarşılıqlı anlaşma atmosferində keçiriləcək LGBT Forumu cinsi azlıqların problemlərinin müzakirəsinə həsr ediləcək. Onlar üçün həll yolu tapmağa çalışacağıq. Ermənistanın da qatılacağı forumda 40 nəfər iştirak edəcək”.
 
Erməni mediası isə ictimai etirazlardan çəkinən Nikol Paşinyan hökumətinin dəstək verdiyi forumun İrəvanda keçiriləcəyini iddia edir və etirazları nəzərə alaraq, bunu ictimaiyyətdən gizlətdiklərini bildirir.
 
Qeyd edək ki, bir müddət əvvəl hakim Respublikaçı Partiyasından olan deputatlar Baş nazir Nikol Paşinyanı LGBT icmalarına külli miqdarda maddi vəsait ayırmaqda ittiham etmişdi.(Teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top