Məşhur aktrisa Trampı Hitlerlə müqayisə etdi

MARAQLI 03 noy 2018, 09:22

Amerikalı aktrisa Ceyn Fonda ABŞ prezidenti Donald Trampı Adolf Hitlerlə müqayisə edib.

“Report”un məlumatına görə, bu barədə “Variety” portalı xəbər verib.

“Əgər siz qəzetdə Üçüncü reyxin yüksəlişi və Adolf Hitler haqqında nəsə oxumusunuzsa, paralellər görəcəksiniz”, – deyə Fonda bildirib.

O, həmçinin amerikalıları Konqresə seçkilərdə iştirak etməyə çağırıb. Aktrisa hesab edir ki, əgər demokratlar Nümayəndələr Palatasında çoxluq əldə etsələr, onlar prezidentin təşəbbüslərinin böyük hissəsini qarşısını alacaq, həm də impiçment prosedurunu işə salacaqlar.

Bundan başqa, Fonda Trampın ABŞ-da KİV-i necə sıxışdırdığını xatırladıb. O, qeyd edib ki, mətbuat demokratiyanın əsasıdır. Aktrisa vurğulayıb ki, hazırda mətbuat orqanları “zərbə altında”dır.

Aktrisa Ceyn Fonda kino karyerasına 1960-cı ildə, 23 yaşında başlayıb. O, 7 dəfə “Oskar” mükafatına namizəd olub və “Evə qayıdış”, habelə digər filmdəki roluna görə bu mükafatı iki dəfə alıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top