Fransa peyğəmbərin təhqirinə haqq qazandırdı

DÜNYA 22 noy 2020, 00:22

İslam dini və müsəlmanları hədəf alan Fransa hökumətindən növbəti biabırçı açıqlama gəlib.

 

Demokrat.az xəbər verir ki, Fransa daxili işlər naziri Cerald Darmanin Məhəmməd Peyğəmbərin təhqir olunduğu karikaturaları müdafiə edib.


Nazir bu karikaturaların “söz azadlığı” çərçivəsində olduğunu, buna etiraz edən ailələrin ölkədən deportasiya ediləcəyini bildirib.
 

“Sabah bir valideyn gedib müəllimdən bu karikaturaların tədrisini dayandırmasını istəsə, bu, hüquqi məsuliyyət yaradan bir addım olacaq. 


Məhkəmə bu cinayəti törədən şəxsdən ölkəni tərk etməsini istəyə biləcək”, - Darmanin qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top