"Yeni Bakı" şəhərciyində "Azərişıq" ASC-yə məhəl qoyan yoxdur - Özbaşınalıqlar təhlükə yaradır (FOTOLAR)

SOSİAL 02 noy 2018, 17:25

Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış kompleksinin sakinləri gündən-günə artan problemlərdən qurtula bilmir. Bir müddət əvvəl burada yaşayan minlərlə insanın məskunlaşdığı ərazinin kənd təsərrüfatı təyinatlı əkin torpaqları olduğu müəyyənləşdi. Problemlər və şəhərcikdə məskunlaşanlara qarşı törədilən neqativ hallar bununla bitmir. Şəhərcikdəki kommendantlıq və onun "dəstəsi" tərəfindən günün istənilən saatı işıqsız qala bilən sakinlər "İlin Dörd Fəsli" MMC tərəfindən növbəti "sürpriz"lə qarşılaşıb. Belə ki, "Azərişıq" ASC tərəfindən fərdi abonent kimi qeydiyyata düşən vətəndaşlar üçün mənzillərə dövlət qeydiyyatlı sayğaclar qoyulsa da, son günlər sayğacların yerləşdiyi şitlər qıfıllarla kilidlənib. Yaranmış bu problemlə əlaqədar bir qrup şəhərcik sakini "Demokrat.Az"saytı daxil olmaqla mediaya müraciət ünvanlayıb.

 

Müraciətin mətni belədir: 

"Təxminən 1 ay əvvəl şəhərcik sakinləri media vasitələri ilə ölkə rəhbərliyinə müraciət ünvanlayaraq yaşadıqları binaların dövlət qeydiyyatına alınması və mənzillərinin çıxarışla təmin olunmasını xahiş etmişdilər.


Qeyd edək ki, şəhərciyin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün şəhərciyi inşa edən "İlin Dörd Fəsli" MMC məsələnin həllini bilərəkdən yubadır, təyinatı dəyişmək, lazımi dövlət rüsumunu verməkdən imtina edir və beləliklə də mənzillərin alqı-satqısını öz əlində saxlamaqla külli miqdarda vəsait qazanır. 

İndi isə digər bir məsələ ortaya çıxıb. Belə ki, sakinlərin uzunmüddətli mübarizələrindən sonra şəhərcikdə yerləşən mənzillər "Azərişıq" ASC tərəfindən fərdi abonent kimi qeydiyyata alınsa da, mənzillərə dövlət qeydiyyatından keçmiş sayğaclar qoyulsa da, son günlər sayğacların yerləşdiyi şitlər qıfıllanıb. Araşdırmalarımızdan sonra məlum olub ki, bu bəd əməlləri "Azərişıq" ASC-nin nəzarətçiləri yox, şəhərciyi inşa edən "İDF" MMC-nin bu kompleksə qanunsuz olaraq təyin etdiyi “komendant” Yusifov Ehtiram Ramiz oglu və onun işçiləri edir.

Dövlət qurumu olan "Azərişıq" ASC isə buna göz yumur !

Hörmətli media !!!
Bizim səsimizi artıq eşidən yoxdur, sizdən xahiş edirik məsələni gündəmə gətirib işıqlandırasınız və Cənab Prezidentə çatdırasınız.
Mənzillərimizdə qısaqapanma, yanğın təhlükəsi və s. gözlənilməz hadisələr baş verdiyi halda, biz sakinlər nə etməliyik ?
Mənzillərin sayğaclarının yerləşdiyi şitlərin qıfıllanması və sakinlərin daha da dözülməz vəziyyətə gətirilməsi kimə və nəyə görə edilir ?
Bu şitləri qıfıllamaq və yanğın və digər gözlənilməz vəziyyətdə sakinlərin həyatını təhlükəyə atmaq nə dərəcədə yolveriləndir ?
Bir məsələni də xüsusi vurğulamaq istərdik ki, “İDF” MMC uzun illərdirki, qeyri-qanuni yığımlar (kommunal) tələb etməklə sakinləri incidir, bu qanunsuz ödənişləri vermək istəməyən sakinlərin işıqlarını kəsir, onları bu və ya digər yollarla bezdirməyə çalışır. Əldə etdiyimiz məlumata görə, “İDF” MMC sayğacları yenidən öz nəzarəti altına keçirməklə sakinləri şantaj etmək, "istədiyimiz ödənişləri verməsəniz, işıqlarınızı kəsəcəyik və siz sayğacdan işıqları qoşa bilməyəcəksiniz" mesajı vermək istəyir.

Dünəndən sakinlər buna etirazlarını bildirir, müvafiq dövlət qurumlarını köməyə səsləyirlər. 

Məsələnin digər bir tərəfi isə dünən məlum oldu ki, "Azərişıq" ASC baş verənləri bilərəkdən dəstəkləyir və şəhərcikdə sayğaclara və şitlərə nəzarəti, artıq dələduz tikinti şirkətləri sırasında yer alan "İDF" MMC yə yenidən həvalə etməyi planlaşdırır. Göründüyü kimi şəhərcik sakinlərinin mənzil çıxarışları ilə bağlı 1 ay əvvəl sosial mediada səsləndirilmiş haqlı tələbləri, “İlin Dörd Fəsli" MMC tərəfindən bilərəkdən sakinlərə digər süni əngəllər, su, işıq problemləri yaradılması yolu ilə, məqsədli şəkildə unutdurulur və fərqli istiqamətlərə yönəldilməklə üzərlərinə düşən məsuliyyətdən yayınmağa çalışırıar !!! "

Yeni Baki Sakinləri adlı şəxsin şəkli.

Yeni Baki Sakinləri adlı şəxsin şəkli.

Yeni Baki Sakinləri adlı şəxsin şəkli.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top