Alim Qasımovun qızı Bülənt Ərsoyla bir arada - VİDEO

ŞOU-BİZNES 01 noy 2018, 19:12

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səfərdə olub.

Demokrat.Az-ın məlumatına görə, muğam ifaçısı Türkiyə Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş tədbirdə yer alıb. 
 

F.Qasımova daha sonra müğənni Bülənt Ərsoyun yer aldığı restorana yollanıb. Muğam ifaçısı onunla birlikdə səhnə bölüşüb. Ərsoy Fərqanəni səhnəyə dəvət edərək, mahnı oxumasını istəyib.

Videosunu sosial şəbəkədə paylaşan müğənni "Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülənt Ərsoyla eyni səhnədə olmaq qürurvericidir" sözlərini yazıb. axsam.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top