“Bu qadağa tətbiq edilsə, gərək nazirlərin bir neçəsi vəzifədən azad edilsin” - Elçin Şıxlı

SOSİAL 01 noy 2018, 14:25

Son bir ildir ki, ədəbi dil qaydaların pozan media orqanlarının, televiziyalaırn cərimələnməsi məsələsi gündəmdədir. Bəs dil qaydalarını pozan, bu normalara əməl etməyən məmurlara qarşı da hər hansı bir cərimə cəzası tətbiq edilməlidirmi? Doğrudanmı dövləti təmsil edən məmurun dil qaydalarını pozması hər hansı media əməkdaşının törətdiyi pozuntudan daha az əhəmiyyət daşıyır və daha az məsuliyyətə səbəb olmalıdır?

Moderator.az-a açıqlama verən tanınmış media eksperti Elçin Şıxlı məmurlar arasında Azərbaycan dili normalarının pozulması hallarının mövcudluğunu təsdiqləməklə yanaşı, müəyyən addımlar atmağın zəruriliyini də vurğuladı:

“Əgər belə bir qadağa tətbiq etsək, gərək nazirlərimizin bir neçəsi ümumiyyətlə, vəzifədən azad edilsin. Burada peşəkarlıq məsələsi də var. Elə nazirlər var ki, xarici dildə  öz ana dilərindən daha yaxşı danışırlar. Lakin işlərini bildiyim qədəri ilə görə bilirlər. Amma ana dillərində danışa bilmirlər və onların danışığına qulaq asmaq adamda doğrudan da xəcalət doğurur. Onlar danışıqları ilə gülüş obyektinə çevrilirlər. Bu şəxsləri cərimələsəniz də, cərimələməsəniz də xeyri yoxdur. Yəni, quyunun dibinə su tökməklə quyuda su olmayacaq.

KİV-ə glincə, orada cərimə yox, tələblər qoymaq lazımdır. Qəzetlərə hardasa cərimə tətbiq etmək olar. Çünki onların məhsulu göz önündə olan, əllə tutula biləcək məhsuldur. Televiziyalara gəlincə, onun rəhbərliyi, proqram direktorları dəvət etdikləri adamların kimliyinə baxmalı, cəmiyytə nə verə biləcəklərinə, onların hansı dildə danışdıqlarına nəzər yetirməlidir. Mən bilərəkdən “hansı dil” ifadəsini işlədirəm. Çünki biri var efirdə olan ədəbi dilimiz, bir də var küçədə hansısa savadsız bir insanın danışdığı dil.

Bu yaxınlarda bizim radiolardan biri küçədə adamlara yaxınlaşaraq onlara qələm, çəngəl göstərir və insanlardan bunun adını soruşur. 8-9 adamdan 5-6-sı qələmə “ruçka”, çəngələ “vilka” deyir. Insan gördüyünü, oxuduğunu təkrarlayır. Bizim insanlar təəssüf ki, oxuduqları çəngəl yerinə “vilka”, qələm yerinə isə “ruçka” deyirlər.

Ədəbiyyatda bir var ki, personajın dili, bir də var bədii mətnin özü. Peronajın dilində müəyyən jarqonlardan istifadə etmək olar. Msəln E.Heminquey əsərlərinin böyük əskriyyətində ispan və ya fransız ifadələri işlədib və təbii ki, mətnin aşağısında onun tərcüməsi verilib. Bu, personajın dilindən çıxan cümlələrdir. Bu, tamam başqa şeydir. Mətnin özünə gəlincə, orada heç bir jarqona, ləhcəyə, qeyrri-leksik ifadələrə yer verilməməlidir.

Bu baxımdan təbii ki, ölkəmizdəki mövcud vəziyyətlə bağlı bir tədbir görülməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top