Azərbaycan “Doing Business – 2019” reytinq cədvəlində 25-ci yerə yüksəldi

İQTİSADİYYAT 01 noy 2018, 09:33

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlib.


Demokrat.Az “Doingbusiness.org”a istinadən xəbər verir ki, Azərbaycan biznes və həyatın 11 sahəsində müxtəlif göstəricilər üzrə 190 ölkə arasında ən yaxşılardan biri seçilib. 


Hesabatda xüsusilə qeyd olunub ki, Azərbaycan 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biridir. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar. 

 

Картинки по запросу Doing Business


Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir. 


Eyni zamanda, Azərbaycan kiçik investorların hüquqlarının müdafiəsini ən yaxşı şəkildə təmin edən ikinci ölkədir. 


Qeyd edək ki, bundan əvvəl “Doing Business-2018” reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı. 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top