Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək

SOSİAL 31 okt 2018, 23:45

Azərbaycan və Dağıstanı daimi dəmir yolu birləşdirəcək. 

Demokrat.Az TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev çərşənbə günü brifinq zamanı deyib.

“Bizim bu günə qədər istifadə olunmayan böyük nəqliyyat imkanlarımız var. Biz indi Bakı ilə daimi dəmir əlaqəsi həyata keçirəcəyik. Olduqca rahat, tam şəkildə işləyə bilər. Bunun insanların maraqlarına xidmət etməsi üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı inkişaf etdirəcək”, – deyə region rəhbəri bildirib.

Bundan əvvəl Bakı-Sumqayıt dəmir yolu xəttində “Texniki fasilə”nin müddəti uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top