Karateçilərimiz Avropa Çempionatında uğurlu nəticə qazandı – FOTOLAR

İDMAN 31 okt 2018, 18:42

Karateçilərimizin növbəti uğurlu çıxışı Bolqarıstanda qitə çempionatında qeydə alınıb. 


Demokrat.Az xəbər verir ki, oktyabrın 26-28-də Albena şəhərində təşkil olunmuş Avropa Çempionatında 22 idmançı və 3 məşqçidən ibarət heyət onlara bəslənən ümidləri doğruldub. Komandanın heyətində böyüklər və gənclər müvafiq kateqoriyalarda mübarizə apararaq, Azərbaycanı yüksək səviyyədə təmsil etmişlər:
 

Böyüklər                                

1. İnci Əzizova (-55 kq) - I yer                    
2. Röyal Əliyev (-75 kq) - I yer                    
3. Ramin Mazanov (+80 kq) - I yer                
4. Adəm Məmmədov (-60 kq) - II yer                
5. İlqar Ələkbərov (-84 kq) - III yer                


Gə​nclər

1. Fidan Rüstəmova (+38 kq) - I yer
2. Siyavuş Quliyev (-44 kq) - I yer
3. Fidan Musayeva (+54 kq) - I yer
4. Asim Məmmədov (-61 kq) - I yer
5. Fidan Həmidova (-53 kq) - II yer
6. Humay Həsənli (-54 kq) - II yer 

 

Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arif Məmmədov yarışa yollanan nümayəndə heyətinin başçısı kimi jurnalistlərə açıqlamasında karateçilərimizin növbəti zəfərindən bəhs edərək, Azərbaycanın bu Avropa Çempionatında komanda hesabında 3-cü yer qazandığını diqqətə çatdırıb. 

 

Sonda A.Məmmədov idmançı və məşqçilərə, media dəstəyi göstərən yerli telekanallara öz minnətdarlığını bildirib. Bundan başqa, o, əvvəlcədən öz dəstəyini əsirgəməyən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eləcə də, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasına və onun prezidenti, millət vəkili Ülvi Quliyevə Azərbaycan yığma komandasının adından təşəkkürlərini çatdırıb. 

 

Ümidvarıq ki, Azərbaycanın bayrağını daim zirvələrə yüksəldən karateçilərimiz bu missiyanı bundan sonra da layiqincə davam etdirəcək.        

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top