Sabah Bakı Funikulyoru istifadəyə veriləcək

HADİSƏ 31 okt 2018, 21:26

Bakı Funikulyorunda aparılan təmir işləri başa çatıb.


Demokrat.Az-ın Report-a istinadən xəbərinə görə, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də paytaxt sakinlərinin istifadəsinə veriləcək.


Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. 

Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı Funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top