“Birimiz gözəl xanımlara, digərimiz isə gözəl bəylərə baxırıq” — Təranə və Musa cütlüyündən AÇIQLAMA - VİDEO

ŞOU-BİZNES 31 okt 2018, 16:12

“Musanı sevən xanımlar çoxdur”.


"Ölkə.Az" xəbər verir ki, ARB TV-nin “Show news” komandası bu dəfə yerli məşhurların ““Whatsapp”da ən çox və ən son kim ilə danışdıqları” barədə sorğu keçirib.


Xalq artisti Niyaməddin Musayev: “Whatsapp”dan istifadə etmirəm. Sadə telefondur. Belə daha yaxşıdır, sadə. Özüm almaq istəmirəm. Nə böyük şeydir ki, onu almaq? İmkan taparıq onu almağa, amma lazım deyil”.


Sorğuda maraqlı cavabları ilə diqqət çəkən isə Musa Musayev və Təranə Qumral cütlüyü olub.


Təranə Qumral həyat yoldaşını qısqanmadığını deyib: 


“Onun internetdən ümumiyyətlə başı çıxmır. Biz hər dəqiqə bir yerdəyik. Əgər “whatsapp” olmasa da kiməsə zəng etmək istəyəcəksə edəcək. Fanat olanda nə olar ki? Musa müəllimi sevən xanımlar çoxdur. Mən heç bir söz demirəm. Çünki xalqın sənətkarıdır, xalqa məxsusdur. Mən qısqanc və paxıl adam deyiləm. Niyə baxmasın ki? Gözəllik yaranıb baxmaq üçün. Gözəl xanımlara da baxır, gözəl bəylərə də mən baxıram”.


Musa Musayev isə xanımının sözlərini dəstəkləyib: 


“Onun telefonu hər zaman stolun üstündədir. Təranə xanım mənə qız fanat olanda da göstərir ki, bax sənin fanatındır. Onun “Whatsapp”da “İnstagram”ı da ikimizə aiddir”.

 

DİGƏR XƏBƏRLƏR

Top