“Stepanakert” aeroportunun işləməməsi bizi çox narahat edir” - Avropalı deputatdan ŞOK AÇIQLAMA

SİYASƏT 31 okt 2018, 11:38

"Qarabağa axışan əcnəbilər bir azdan Azərbaycan hökumətindən beynəlxalq təşkilatara şikayət edəcəklər ki, bizə ermənilərin yanına rahat - təyyarə ilə gəlib-getməyə imkan vermirlər...”.  


Xəbər verdiyimiz kimi, avropalıların işğal altındakı Azərbaycan torpaqlarına axını davam edir.  Dünən – oktyabrın 30-da Belçikadan da bir kişi və qadın dövlət sərhədimizi pozaraq Xankəndindəki oyuncaq separatçı liderin hüzuruna gəlib. 


Moderator.az xəbər verir ki, bu haqda ingilis dilində nəşr olunan separatçı saytlar yazıb. 


Təzə  qonaqlardan biri - Belçika parlamentinin üzvü Jan Jak Flauxu, digəri isə “İslahatçı hərəkat” partiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Juliya Şmadj olub. Təbii ki, avropalı sərhəd pozucuları onları Azərbaycan torpaqlarında yedirib-içirdib  gəzdirən qondarma separatçı rejimin tərifini göyə qaldıraraq “Artsax”ın gələcəyinə inandıqlarını bildiriblər. 


Hətta B.Saakyanla görüşdə belçikalı depuatat  J. Flauxu Xankəndi hava limanından da danışıb:


”İşləmək üçün bütün şəraiti olan  “Stepanakert” aeroportunun işləməməsi bizi çox narahat edir. Cənab Saakyanla bu məsələni də müzakirə etdik...”


P.S. Qarabağa axışan əcnəbilər bir azdan Azərbaycan hökumətindən beynəlxalq təşkilatara şikayət edəcəklər ki, bizə ermənilərin yanına rahat- təyyarə ilə gəlib-getməyə imkan vermirlər...  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top