"Deputatları xalq seçirsə xalqın razılığı olmadan onun mandatını necə əlindən almaq olar?" - Xeyrəddin Qoca

SOSİAL 31 okt 2018, 10:55
Keçmiş millət vəkili, tanınmış publisist Xeyrəddin Qoca dünən parlament iclasında "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların narazılığını müdafiə edib. 
 
Moderator.az-a açıqlamasında X. Qoca bildirib ki, deputatlar bir çox hallarda özləri cəmiyyətdə tənqid hədəfinə çevrilmələrinə rəvac verirlər:
 
"Doğrudur, deputatları bu qədər gözümçıxdıya salmaq olmaz. Necə yəni üc dəfə iclasa gəlməyən deputatın mandatı əlindən alınaçaq? Bu açıq - aşkar deputatlara və onların seçicilərinə hörmətsizlikdir!
Deputatları xalq seçirsə xalqın razılığı olmadan onun mandatını necə əlindən almaq olar?
Amma xalq da seçdiyinə cavabdeh olmalıdır. Savadlı, oturub-duruşunu bilən, məntiqli-mənalı danışmağı bacaran, tərbiyəli, mədəni, nəhayət, vətəninə, xalqına bağlı insanlar deputat seçilməlidir.
Mən deputat seçiləndə jurnalistlər sual verirdilər ki, "xalqa nə vəd verirsiniz? Yol çəkəcəksinizmi, körpü salacaqsınızmı, məktəb tikdirəcəksinizmi? Mən onlara cavab verirdim ki, heç özümü dolandıra bilmirəm, o işləri necə, hansı pulla görə bilərəm? Lap tutaq ki, pulum olsun, o işləri mən niyə görməliyəm?" Niyə heç bir vəd vermirdim? Çünki deputatın bir vəzifəsi olmalıdır: xalqın rifahı naminə qanunlar yaratmaq! Adamdan soruşmazlar ki, yolu hansı pulla çəkdirirsən? O biri işləri hansı pulla görürsən? Bir də deputatların bəziləri özləri özlərini xalqın gözündən salırlar: məntiqsiz-mənasız danışıqları, namizəd olarkən xalqa verdikləri yalan vədləri, yaltaqlıqları, cəmiyyətdə özlərini göstərmələri ilə! Deputatlar haqqında kiçik status yazdım, pis rəylərin ardı-arası kəsilmir. Niyə? Bunu xalqdan soruşun..."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top