Prezidentin nazir müavini təyin etdiyi gənc kadr kimdir? - HAQQINDA

MARAQLI 30 okt 2018, 22:42

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.Az xəbər verir ki, Prezidentin sərəncamı ilə, Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.


Qeyd edək ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 

 

2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. 

 

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

 

Картинки по запросу anar əliyev


Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.


Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.


Bu il isə nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri – nazirliyin Aparatının rəhbəri təyin edilib.

 

Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top