Aqil Abbas: "Mənə 150 manatlıq qoyun versələr, kəsib bir hissəsini Milli Məclisə verməliyəm?"

SOSİAL 30 okt 2018, 18:25


"13 ildir ki, deputatam, heç kəsdən hədiyyə almamışam. Məsələn, getmişəm Füzuliyə, qiyməti 150 manat olan qoyun veriblər. Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
 

Deputat qeyd edib ki, bu dəyişikliklərə səs verməyəcək.

A.Abbasın çıxışı digər deputatların gülüşünə səbəb olub.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda deputatlar onlara təqdim olunan bahalı hədiyyələri Milli Məclisə təhvil verməyə məcbur olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top