“Məndə Azərbaycan xanımının obrazını gördülər” - Damla (VİDEO)

ŞOU-BİZNES 30 okt 2018, 13:25

“Tamaşaçı Azərbaycan xanımın obrazını səhnədə gördü. Bundan əvvəl çox gözəl, xanım-xatın sənətçilər səhnəyə çıxıb. Sırf estradan danışıram. Məsələn, qaynaqsız saçlar, bir az dolu olmaq və s. İndi hamı pəhriz saxlayır ki, arıq olsun”.

 

Moderator.az  xəbər verir ki, bu sözləri müğənni Damla Murad Arifin aparıcılıq etdiyi “Popumuz var” adlı “Youtube” layihəsinə qonaq olarkən deyib. 

 

İfaçı azadlığa çıxan keçmiş həyat yoldaşı Ceyhun Əliyev barəsində də danışıb: “Oğlum İbrahimin artıq atasıyla ünsiyyəti var. Atası idmanı, dərsləri, məktəbi ilə məşğul olur.  Bu yükü  tək daşımıram.  Hiss edirəm ki, bu il İbrahimdə başqa xüsusiyyətlər formalaşır. 13 yaşı var, çox çətin bir dövr keçirir”. 

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top