Badamdar sürüşmə zonasında çatların ölçüsü artıb

GÜNDƏM 30 okt 2018, 10:58

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürüşmə zonasının yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

 

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

 

Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.


Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top