​“Paşinyan bununla da Qarabağı Azərbaycana verə bilər...” – Koçaryan

DÜNYA 30 okt 2018, 01:17

“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq. Bu ermənistanın Qarabağı Azərbaycana verməsi ilə nəticələnə bilər”.

 

Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində deyib.

 

Koçaryan qeyd edib ki, Paşinyanın istəyini nə həmsədrlər, nə də beynəlxalq cəmiyyət ciddi qəbul edəcək.

 

“Paşinyan münaqişə ilə bağlı mövqeyini formalaşdıranda məlum olacaq ki, bu, əvvəlki hakimiyyətin mövqeyi ilə uyğundur. Münaqişənin nizama salınması prosesindən tamamilə uzaqlaşmaq üçün manevr imkanı görünə bilər, lakin bu, o qədər də geniş deyil”, - deyə o bildirib.

 

Koçaryan Ermənistanın təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya ilə münasibətlərin davam etdirilməsinin vacibliyini də qeyd edib.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top