Ronaldo: " "Real"dan ona görə getdim "

İDMAN 30 okt 2018, 00:55

Portuqaliya millisinin və "Juventus”un ulduz futbolçusu Kriştiano Ronaldo "Real”dan ayrılma səbəblərini danışıb.

 

France Football” nəşrinə danışan təcrübəli hücumçu Madrid təmsilçisindən ayrılmasını klub prezidenti Florentino Pereslə əlaqələndirib:

 

"Son vaxtlar klubda mənə qarşı münasibətin dəyişdiyini hiss edirdim. Xüsusilə də Florentino Peres məni əvvəlki kimi qəbul etmirdi. İlk 4-5 ildə özümü Kriştiano Ronaldo kimi hiss edirdim. Daha sonra isə klub prezidenti mənə elə gözlərlə baxırdı ki, sanki bu komanda üçün vacib biri deyiləm. Məhz bu amil məni getmək barədə düşünməyə vadar etdi. Hərdən özüm haqda xəbərləri izləyirdim. Deyirdilər ki, guya mən özüm "Real”dan ayrılmaq üçün nəsə xahiş etmişəm. Bu da var idi, amma əslində Peresin məni komandada saxlamayacağına dair təəssürat yarandığı üçün bu addımı atdım. Hər şey pulla əlaqəli olsaydı, "Real” və "Yuventus”dakından 5 dəfə çox qazana biləcəyim Çinə gedərdim. Turinə pula görə gəlmədim. Çünki Madriddə də eyni məbləği qazanırdım. Fərq ondadır ki, "Yuventus” həqiqətən məni istədi. Onlar bunu mənə dedilər və izahını da verdilər”.

 

Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 105 milyon avro qarşılığında "Real”dan "Yuventus”a keçib.
 

Yenicag.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top