Türkiyənin keçmiş Baş nazirinin oğlu partiya qurur

SİYASƏT 29 okt 2018, 23:35

Türkiyənin keçmiş Baş naziri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan yeni siyasi partiya quracağını açıqlayıb.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, o, bu barədə oktyabrın 29-da Respublika günü münasibətilə “Twitter” səhifəsində yazıb.

F.Ərbəkan “Yenidən böyük Türkiyə, yeni bir dünya” hədəflərinə çatmaq məqsədilə 2018-ci il noyabrın 23-də yeni siyasi partiyanın quruluşunu bəyan edəcəklərinin bildirib.

Qeyd edək ki, Nəcməddin Ərbakan 1996-1997-ci illərdə Türkiyənin 33-cü baş naziri olub. O, 1926-ci il oktyabrın 29-da Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlib. 2011-ci il fevralın 27-də Türkiyədə vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top