Aygün ondan imtina edən Namiqə belə cavab verdi - VİDEO

ŞOU-BİZNES 29 okt 2018, 21:53

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin qonağı olub.

Müğənni şəhərdə gəzərək 3 dəqiqə ərzində ona verilən suallara maraqlı cavablar verib.

Cavablardan Kazımovanın bütün pullarını evdə saxladığı və heç bir kredit borcu olmadığı məlum olub. Xalq artisti həmçinin toyların birində 1 şirvan (10 AZN) qonorar aldığını etiraf edib. Müğənni verilişdə keçmiş sevgilisi olan Namiq Qaraçuxurlunun adını çəkərək, ona söz atmaqdan da çəkinməyib. 

“Sizinlə duet oxumaqdan imtina edən yerli müğənni var?” sualına xalq artisti “Hələ anadan da olmayıb” cavabını verib.

Xatırladaq ki, ötən günlərdə Namiq Qaraçuxurlunun Moskvada reallaşan toyların birində Aygünlə duet oxumaqdan imtina etdiyinə dair xəbərlər yayılmışdı.(Open.az)

 

 

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top