Ərdoğan yeni aeroportda Həbiblə görüşdü - FOTOLAR

DÜNYA 29 okt 2018, 21:37

İllik 200 milyon sərnişini yola salacaq İstanbul Yeni Hava Limanının açılış mərasimi olub.

 

Açılışa prezident Rəcəb Tayyib Ərdoğanla xanımı, ayrı-ayrı ölkə başçıları, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov, nazirlər və 6 mindən çox qonaq qatılıb.

 

Ərdoğan qonaqlarla görüşdükdən sonra Türk Hava Yollarının (THY) kassasından simvolik olaraq iki bilet alıb.

 

Prezident nitq söylədikdən sonra qonaqlarla xatirə fotosu çəkdirib.(Qafqazinfo)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top