Qəddafinin dondurulmuş hesablarından bir neçə milyard yoxa çıxıb

MARAQLI 29 okt 2018, 19:19

Belçikada Liviyanın sabiq lideri Müəmmar Qəddafinin dondurulmuş hesablarından yoxa çıxan bir neçə milyard avronun aqibəti araşdırılır.


RTBF teleradio kompaniyasının yaydığı məlumata görə, həmin vəsaitin Liviyadakı müxtəlif qruplaşmaların maliyyələşməsində istifadə olunduğu barədə şübhələr səsləndirilir.


BMT Təhlükəsizlik Şurası Müəmmar Qəddafinin ölümündən sonra Liviya aktivlərini dondurmaq barədə qərar qəbul edib. Belçikada 4 bankda vəsaitlər dondurulub. Lakin sonradan bu aktivlərin faizlərinin və dividentlərinin dondurulmadığı məlum olub. 2012-ci ildən başlayaraq, hesablardan 3 və ya 5 milyard avro çıxarıldığı aşkar edilib. Lakin onların hara xərcləndiyi heç kəsə məlum deyil.


Təhqiqatı məhkəmə müstəntiqi Mişel Klez aparır. Federal deputatların da hadisə ilə maraqlandığı bildirilir (marja.az).

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top