Sığorta bazarının vəziyyəti açıqlandı - Palata HESABAT YAYDI

İQTİSADİYYAT 29 okt 2018, 14:30

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.


Demokrat.Az Palatanın yaydığı hesabata istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 milyon manat məbləğində sığorta haqları toplanıb, 186.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.


Könüllü sığorta bazarı üzrə haqlar 414.9 milyon manat, ödənişlər isə 137.3 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 milyon manat, ödənişlər isə 49.6 milyon manat olub.


2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top