İki xurmanı 5 min dollara satdılar

MARAQLI 28 okt 2018, 18:21

Yaponiyanın Aiti prefekturasında yeni sort iki xurmanı bazarda 540 min yenə( 4,8 min dollar) satıblar.

 

Moderator.az The Sankei News-ə istinadən bu xəbəri diqqətinizə çatdırır. 

 

Söhbət bu yaxınlarda əmələ gətirilmiş tenkafubu sortu xurmadan gedir: bu sortun məhsulları satışa ilk dəfə 2016-da çıxarılıb. Onun yaradılmasına 11 il vaxt sərf edilib.

 

Bu iki xurmanı kimin aldığı barədə məlumat verilmir.

 

Xurmalar Naqoya şəhərinin mərkəzi topdansatış bazarında satılıb. Hadisənin şahidi olan yerli sakinlər etiraf ediblər ki, “ xurmaya bir baxışla adam özünü varlı hiss edir”.

 

Ötən il də bu məhsulları elə bu qiymətə satıblar.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top