"İstanbul anlaşması"nda 4 dünya liderinin YEKUN BƏYANNAMƏSİ (MADDƏLƏR)

SİYASƏT 28 okt 2018, 14:04

Dünən İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsində razılaşma əldə edilib.

 

“Qafqazinfo” xəbər verir ki, müzakirələr sonunda qəbul edilən yekun bəyannamədə Suriyada qalıcı atəşkəsin önəmi vurğulanıb.

 

Bildirilib ki, terrorizmə qarşı mübarizə davam etməli və bu məsələlərdə məsuliyyəti olan hər bir tərəf qəbul edilən qərarlara riayət etməlidir.

 

Suriya münaqişəsinin hərbi yolla deyil, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən müzakirələr yolu ilə həllinin vacibliyi də qeyd olunub.

 

Həmçinin, Suriyanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradacaq bütün qruplaşmaların ortadan qaldırılmasında razılıq əldə olunub.

 

Bundan başqa, kimyəvi silahların istifadəsinin isə qəbuledilməz olduğu bildirilib.

 

Yekun olaraq Suriyada demokratik seçkilərin keçirilməsi məqsədilə konstitusiya referendumunun keçirilməsi, bunun üçün ilin sonuna qədər Cenevrədə Konstitusiya Komitəsinin qurulmasıə qərarlaşdırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top