Messi və Ronaldosuz "El Klasiko" - Uzun illərdən sonra

İDMAN 28 okt 2018, 11:53

Bu gün İspaniya La Liqasının 10-cu turunda əzəli rəqiblər – “Barselona” və “Real Madrid” qarşılaşacaq.

 

Uzun müddətdən bəri “El Klasiko”da ilk dəfə Lionel Messi və Kriştianu Ronaldodan hər hansı biri olmayacaq. Belə ki, Messi 2004-cü ildən bu möhtəşəm oyunda iştirak edirdisə, Ronaldonun 2009-cu ildə "Real" transfer olunması ilə klubların rəqabəti daha da artdı. 

 

Robaldo Real Madriddən ayrılması səbəbiylə oyunda iştirak edə bilmədiyi halda, Messi zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcək. Kataloniya təmsilçisində Samüel Yumtiti və Tomas Vermalen, “Kral klubu”nda isə Daniel Karvaxal və Mariano Diasın oyunda iştirak edib-etməyəcəyi matç saatlarında dəqiqləşəcək.

 

“Nou Kamp” stadionunda Bakı vaxtı ilə saat 19:15-də başlanacaq “El Klasiko”nu Xose Mariya Sançes Martines idarə edəcək.

 

1916-cı ildən etibarən iki komanda arasında 237 rəsmi oyun keçirilib. “El Klasiko”da 95 dəfə “Real Madrid”, 93 dəfə “Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də “Kral klubu”nun xeyrinədir – 401:387.

 

yenicag.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top