"Lotu Quli"nin saxlanılmasının səbəbi məlum oldu – “Qanlı mafiya hesablaşması”

GÜNDƏM 27 okt 2018, 13:55

Oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifov indiyədək deportasiya olunmayıb və azad edilməyib.

 

Türkiyə polisindəki mənbələrin Turan Agentliyinə daxil olan məlumata görə, dünən Lotu Quli ləqəbli Səlifovu İstanbuldan Tekirdağ regional miqrasiya mərkəzinə göndəriblər.

 

Mənbənin məlumatına görə, bu, bir neçə il əvvəl Ədirnədə, Bolqarıstan sərhədi yaxınlığında törədilmiş bir cinayətin araşdırması ilə bağlıdır. Mövcud məlumatlara görə, polis Səlifovu “qanlı mafiya hesablaşmasında” iştirakı ilə bağlı dindirmək niyyətindədir.

 

Qeyd edək ki, Səlifova qarşı hələ də hər hansı rəsmi ittiham irəli sürülməyib.

 

Bir müddət əvvəl Rusiya hakimiyyəti Rusiya sahibkarlarından pul tələb etməkdə ittiham olunan Səlifovun təhvil verilməsi xahişi ilə müraciət edib.

 

Etnik azərbaycanlı olan Gürcüstan sakini Nadir Səlifov MDB məkanında ən nüfuzlu kriminal avtoritetlərdən biri hesab olunur. O, Azərbaycanda ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilmişdi. Bir il əvvəl o, gözlənilmədən vaxtından əvvəl şərti azadlığa buraxılıb və dərhal Türkiyəyə gedib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top