"Azərkörpü"nün əməkdaşı körpü təmirində yıxılıb öldü - Salyanda

HADİSƏ 27 okt 2018, 13:02

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.

 

Trend-in məlumatına görə, "Azərkörpü" MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.

 

S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

 

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top