"Facebook" İranla bağlı 80-dən çox səhifəni silib

DÜNYA 27 okt 2018, 12:08

"Facebook" şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib.

 

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

 

"Biz razılaşdırılmış etibarsız fəaliyyət səbəbindən 82 səhifə, qrup və hesabı ləğv etdik….Onların özləri haqqında etibarlı məlumatı gizlətmək cəhdlərinə baxmayaraq, tərəfimizdən aparılan fərdi yoxlamalar onların fəaliyyətinin İranla bağlı olduğunu göstərdi", - deyə məlumatda qeyd olunub.

 

Bildirilir ki, həmin akkauntların sahibləri özlərini amerikalılar və ya bəzi hallarda Britaniya vətəndaşları kimi təqdim ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top