Nazir tapşırıq verdi - General cəbhə xəttində yoxlama apardı

HADİSƏ 26 okt 2018, 23:11

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən bölmələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətini yoxlayıb.


Bu barədə Demokrat.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Döyüş növbətçiliyi aparan bölmələrdə olan nazir müavini Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçular qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə çatdırıb.


Şəxsi heyətlə görüşən general-leytenant K.Vəliyev hərbi qulluqçuların qayğıları və sosial-məişət şəraiti ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top