"Məşhur "Sofiya" robotu elektron şəxsiyyət olduğu üçün onun Azərbaycana gəlməsi motivasiya mənbəyidir" - Osman Gündüz

GÜNDƏM 26 okt 2018, 15:45

"Dünyaca məşhur olan "Sofiya" robotunun Azərbaycana gəlməsi motivasiyaedici bir addımdır. Hesab edirəm ki, bunun dalınca da Azərbaycan ali məktəblərində süni intellektlə bağlı ixtisaslar, AMEA-da araşdırmalar ola bilər və gələcəkdə bizim gənclər də həmin ixtisasları seçə bilərlər. Yəni, bu da gələcəkdə Azərbaycanda kadrların seçilməsində müstəsna rol oynaya bilər". 


Bu fikirləri Demokrat.Az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 


Osman Gündüz deyib ki, "Sofiya" robotunun əvəzinə Azərbaycana hər hansı müğənni də gələ bilərdi:


"Bəs bunun Azərbaycana nə faydası olacaqdı? Təbii ki, xarici müğənnilərin Azərbaycanı gəlməsindənsə, bu cür addımlar qat-qat faydalıdır. Ölkəmizin gələcəyi və gənclərin motivasiya olunması baxımdan  "Sofiya" robotunun Azərbaycana gəlməsi müqayisəolunmazdır. Ona görə də bu robot diqqəti cəlb edir. Hesab edirəm ki,  "Sofiya" robotunun Azərbaycana gəlməsi faydalıdır. Gözləyirik ki, bundan da yüksək inkişaf etmişləri gəlsin və bizim gənclik və elm sahələrimizə töhfə versinlər".


O qeyd edib ki, əslində bu robot elektron şəxsiyyətdir:


"Yəni, süni intellektə əsaslanan elektron şəxsiyyət hesab olunur.  "Sofiya" robotların ən yüksək inkişaf etmiş mərhələsinə qədəm qoyan elektron şəxsiyyət olduğu üçün böyük diqqət cəlb edir. Sanki bu təbii intellekti olan bir insandır. Adını ona görə süni qoyublar ki, bu robotun intellekti hələ insan səviyyəsində deyil. Bu cür texnoloji baxımdan da  "Sofiya" robotu böyük diqqət cəlb edir. Təbii ki, belə bir subyektin,  bu elektron şəxsiyyətin Azərbaycana gəlməsi ən azı gənclər, uşaqlar və elm sahələri üçün motivasiya mənbəyidir, nəyəsə stimullaşdırıcı addımdır. Ən azı evdə uşaqlar həmin robota baxıb bir-birindən soruşur ki, bəs bu necə danışır və sairə".


Demokrat.Az 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top