“Mikayıl Müşfiqin qalıqları haqqında danışmağa ehtiyac yoxdur” - Nazir Əbülfəs Qarayev

GÜNDƏM 26 okt 2018, 14:43

“Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur”.


Demokrat.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.


Nazirin sözlərinə görə, bu məsələ ilə  bağlı komissiya  müəyyən ediləcək, sənədlər toplanılacaq. “Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm,  bunu sensasiyaya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top