Sürüşmə zonasında gərginlik davam edir - NAZİRLİK

HADİSƏ 26 okt 2018, 10:14

Badamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Demokrat.Az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.
 
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top